Alla Puqaçova və həyat yoldaşı İsraildən qaçıb?


İranın İsrailə hücumunun ardından Rusiyanın Xalq artisti Alla Puqaçova və həyat yoldaşı, şoumen Maksim Qalkinin övladları ilə birgə ölkəni tərk etdiyi iddia olunub.


Şoumen şayiələrin fonunda sosial media hesabında paylaşım edib. O, hazırda İsraildə olduğunu vurğulayıb.


"Sakit olun, mən İsraildəyəm. Və İsrailin hava hücumundan müdafiəsinə uğurlar arzulayıram. İsraildə olmasaydım belə, yenə də bunu istəyərdim" deyə, Maksim bildirib.


Xatırladaq ki, aprelin 13-ü axşam saatlarında İran İsrailə PUA və raketlərlə hücum edib.


Puqaçova və Qalkin övladları ilə birgə Ukraynada hərbi əməliyyatlar başlayandan sonra Rusiyanı tərk edərək İsrailə köçmüşdü.

Tarix: 14-04-2024, 22:16
Baxış sayı: 185







TAM XƏBƏR
Bütün
Xəbərlər
Müsahibə
Foto
Sorğu
Günün fotosu

Abşeronda Zərifə Əliyevanın 101 illiyi qeyd edilib - FOTOLAR

Son xəbərlər