Qatığın möhtəşəm FAYDALARI


Qatıq istehlak edərkən təbii olmasına diqqət göstərin.

 

Xüsusilə şəkərli qatıqların istifadəsindən uzaq durun. Yetkinlərin yağsız qatıq istehlak etməsi daha faydalıdı. Böyümə və inkişaf çağındakı uşaqlara təbii qatıq yedirin.

 

Bəs qatığın faydaları nələrdi?

 

Hər yaş üçün mükəmməl bir qida qaynağı olan qatıq təbii bir dərman - vitamin və mineral anbarıdı. Suyu ilə birlikdə istehlak edilməlidi. Vitaminlər qatığın suyundadı. Süzülən qatıqda B vitamini qalmaz.


Qatığı yeməkdən sonra istehlak estəniz həzmi asanlaşdırar və bağırsaqların işinə köməkçi olar.


Qatıq istehlakı sümük sağlamlığı üçün çox əhəmiyyətlidi.


Böyümə və inkişaf çağında olan uşaqlarda diş və sümük inkişafını sürətləndirir.


Bağırsaqlardakı faydalı bakteriyaların meydana gəlməsini təmin edər.


Qatıq ishaldan qoruyar.


Qatıq qəbizliyi önləyər.


Qanda xolesterolu salar. 


Qatıq kalsium qaynağıdır və bədənimizin gündəlik kalsium ehtiyacını 40 faizini qarşılayar.

Qadınlarda göbələk meydana gəlməsini önləyər.


Xolesterol və diabet xəstələri mümkün olduğuqa çox qatıq istehlak etməlidilər. Faydasını çox görəcəklər. Lakin, şəkər xəstələrinin istifadə edəcəyi qatığın qaymağı alınmış olmalıdı və qatıq turş olmamalıdı.


Yuxu problemi olanlar, gecə yatmazdan əvvəl qatıq istehlak etməlisiniz. Qatıq gözəl bir yuxu üçün əvəzedilməzdi.


O, həzmi də nizamlayır .


Çəki atmağa kömək edir, çəkiyə nəzarəti təmin edir.


Bağırsaqlarda olan təhlükəli və zərərli mikrobların çoxalmalarına hətta yaşamalarına mane olur.


Vərəm xəstələrinə antibiotik təsir göstərir.


Qan təzyiqinin tənzimlənməsində kömək edir.


Qrip və soyuqdəymədə qatıq istehlak etmək immunitet sistemini gücləndirir. Ayrıca, bədən müqavimətini artırar.


200 qr qatıq istehlakı qadınlardakı B12 vitamininin təxminən 60 faizini qarşılayır.


Qatığı, boynunuza və dərinizə sürtüb 20 dəqiqə gözlədikdən sonra, təbii gül suyu ilə silsəniz dəriyə canlılıq qatacaq.


Klimaks dövründə meydana gələn tərləmələri azaldır.


Beyin funksiyalarını yaxşılaşdırır.


Osteoporoz (sümük əriməsi) xəstəliyinin qarşısının alınmasında, istehlak edilməsi lazım olan qidaların ən başlıcası yenə də qatıqdı.


Yağsız qatıq istehlak edənlərin yüksək qan təzyiqinə tutulma nisbəti daha azdı.


Qatıq, yoluxucu xəstəliklərin müalicəsində olduqca əhəmiyyətlidi. Hepatit xəstəliklərinin dietik müalicəsində istifadə olunur.


Qida borusu xərçəngindən qorunmaqda təklif edilən qidalardan biridi.


Qatıq soyuq olaraq yeyilməlidir. Çünki, qatıqdakı faydalı bakteriyalar istidə yaşaya bilməzlər.


Diqqət!

Onikibarmaq bağırsağı xorası olanlar qatıq istehlak etməməlidirlər. Qatıq onikibarmaq bağırsağı xorası olanlara ziyanlıdır.


Qatığı yeməklərlə birlikdə istehlak etmək dəmir əskikliyinə səbəb ola bilər. Buna görə yeməklərdən 2-3 saat sonra istehlak etmək çox daha faydalıdı.

 

 

Tarix: 14-04-2024, 12:23
Baxış sayı: 271







TAM XƏBƏR
Bütün
Xəbərlər
Müsahibə
Foto
Sorğu
Günün fotosu

Ağadadaş Ağayevin keçmiş gəlini dələduzluq edir? - FOTOLAR

Son xəbərlər