Bu ilin yanvar ayı ərzində Azərbaycana xarici ölkələrdən 5 milyon 325,5 min dollar dəyərində 1004,14 ton kərə yağı gətirilib.
Hesablama göstərir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin ilk ayında idxal etdiyimiz kərə yağının miqdarı 22,8% və ya 186,9 ton artıb.
Məlumat üçün qeyd edək ki, bu ilin yanvar ayında ixrac olunan kərə yağının gömrük dəyəri ötən ilin eyni dövrü ilə müqayisdədə 16% ucuzlaşıb. Kərə yağının 1 kiloqramının gömrük dəyəri ötən ilin yanvar ayında 6,3 dollar (10,6 manat) olduğu halda, bu ilin ilk ayında 5,3 dollara (9 manat) düşüb.
Azərbaycan kərə yağını ən çox İrandan gətirib. Bu ölkədən Azərbaycana 1 ay ərzində 416,5 ton kərə yağı idxal olunub. Ən az kərə yağı isə İtaliyadan gətirilib. Yanvar aylarında İtaliyadan cəmi 10 kiloqram kərə yağı idxal edilib.
Bu ilin yanvar ayında idxal edilən kərə yağının ölkələr üzrə miqdarı və 1 kiloqramının gömrük dəyəri (ölkəyə giriş qiyməti) aşağıdakı kimi olub:
İran - 416,52 ton (7 manat)
Yeni Zelandiya - 382,47 ton (10,2 manat)
Belarus - 73,3 ton (9,9 manat)
Ukrayna - 40 ton (115 manat)
Finlandiya - 39,84 ton (11,2 manat)
Fransa - 21,99 ton (10,8 manat)
Almaniya - 20,27 ton (10,3 manat)
Türkiyə - 5,39 ton (15,3 manat)
Belçika - 3,36 ton (14,6 manat)
Litva - 720 kq (15,8 manat)
Latviya - 250 kq. (15,3 manat)
Polşa - 200 kq. (12,3 manat)
İtaliya - 10 kq. (86,7 manat)
Ukrayna iki yerə BÖLÜNƏ BİLƏR: “Yaxın 20 gün ərzində...”
Dövlət başçılarına Şuşanın Baş planı barədə məlumat verildi
Azərbaycan XİN: "Fransa tərəfi üzr istəməlidir"
İlham Əliyev və Lukaşenko Şuşaya səfər ediblər