Azərbaycanda bələdiyyələr gəlirinə görə bir-birindən kəskin şəkildə fərqlənirlər. Elə bələdiyyələr var ki, onlar il ərzində bir neçə yüz min manat gəlirə sahib olduğu halda, bəzi bələdiyyələrin gəliri ən yaxşı halda 5-10 min manat olur.
Gəliri az olan bələdiyyələrə Azərbaycanın bütün regionlarında rast gəlmək mümkündür. Belə bələdiyyələr həm paytaxta yaxın, həm də paytaxtdan uzaqda yerləşən əyalətlərdə mövcuddur.
Bakıya yaxın əyalətlərdən Qobustan rayonunda bir bələdiyyənin ortaillik gəliri 5-6 min manat olub.
Aşağı büdcəyə sahib olan bələdiyyələrə Lerik, Yardımlı, Daşkəsən, Füzuli rayonlarında da rast gəlinir. Lerik və Yardımlıda fəaliyyət göstətən bələdiyyələr daha acınacaqlı vəziyyətdədir. Lerikdə bir bələdiyyə il ərzində orta hesabla 2 137 manat gəlir əldə edib. Yardımlıda da eyni vəziyyətdir. Yardımlı bələdiyyələrinin illik orta gəliri 3 230 manat olub.
Daşkəsəndə bir bələdiyyənin gəliri orta hesabla 5 630 manat, Füzulidə isə 6 258 manat təşkil edib.
Ukrayna iki yerə BÖLÜNƏ BİLƏR: “Yaxın 20 gün ərzində...”
Dövlət başçılarına Şuşanın Baş planı barədə məlumat verildi
Azərbaycan XİN: "Fransa tərəfi üzr istəməlidir"
İlham Əliyev və Lukaşenko Şuşaya səfər ediblər