Kimlərə portağal yemək olmaz? - MÜTƏXƏSSİS AÇIQLADI


Portağal son dərəcə sağlamdır, lakin bəzi insanlar bu meyvəni yeməməlidir.


Endokrinoloq Elena Syuraşkinanın fikrincə, mədə və bağırsaq xəstəlikləri olan şəxslər portağal istehlak etməməlidir.


Onun sözlərinə görə, bunlara yüksək turşuluqlu qastrit, mədə və ya onikibarmaq bağırsağın peptik xorası, eləcə də tez-tez bağırsaq pozğunluqları da daxildir:


"Uşaqlar, hamilə qadınlar və süd verən analar portağaldan ehtiyatla istifadə etməlidirlər. Çünki portağalın allergik reaksiya ola bilər. Portağalların diş minasının vəziyyətinə mənfi təsir etdiyini də nəzərə almaq lazımdır. Bu meyvəni yedikdən sonra ağzınızı yaxalamaq məsləhətdir. Bundan əlavə, acqarına portağal və portağal suyu istehlak etmək tövsiyə edilmir, çünki bu, mədə yanmasına səbəb ola bilər".

Tarix: 17-04-2024, 13:23
Baxış sayı: 200







TAM XƏBƏR
Bütün
Xəbərlər
Müsahibə
Foto
Sorğu
Günün fotosu

Ağadadaş Ağayevin keçmiş gəlini dələduzluq edir? - FOTOLAR

Son xəbərlər