Norveçlilərdən qeyri-adi addım: Günün daha iki saat uzadılmasını tələb etdilər
Norveçin Vadso şəhərinin meri Vençe Pedersen bölgədə sutkada 24 saat əvəzinə 26 saatın təsbit edilməsi xahişi ilə Avropa Komissiyasına müraciət edib.
O, hətta bununla bağlı planını da göndərib.
Merin sözlərinə görə, təklif olunan tədbir sayəsində sakinlər ailələri ilə daha çox vaxta sahib olacaqlar, yerli dəyərlər güclənəcək, həmçinin, bölgəyə yeni turistlər, yeni sakinlər cəlb olunacaqlar.
“Biz insanlara balıqçılıq, ovçuluq, yeni dillər öyrənmək kimi fəaliyyətlər vasitəsilə və ya sadəcə, sevdikləri ilə ünsiyyət üçün keyfiyyətli vaxt keçirmək imkanı vermək istəyirik və bu unikal həyat tərzini təbliğ etməyə çalışırıq”, - deyə o bildirib.
Tarix: 12-04-2024, 14:22
Baxış sayı: 212
Digər xəbərlər
Ukrayna iki yerə BÖLÜNƏ BİLƏR: “Yaxın 20 gün ərzində...”
Dövlət başçılarına Şuşanın Baş planı barədə məlumat verildi
Azərbaycan XİN: "Fransa tərəfi üzr istəməlidir"
İlham Əliyev və Lukaşenko Şuşaya səfər ediblər