Sabah ölkəmizi hansı təhlükə gözləyir?


Aprelin 5-də, yəni sabah Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan, ABŞ-nin dövlət katibi Antoni Blinken və Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayenin iştirakı ilə görüş olacaq. Rəsmi olaraq açıqlanan gündəm erməni dövlətinin inkişafına və sabitliyinə töhfə verəcək üçtərəfli əməkdaşlıq yollarının müzakirəsi olsa da, əsas məqsədin Azərbaycan və Rusiyaya qarşı olacağı gün kimi aydındır. 


Bunu həm Qərb rəsmilərinin açıqlamalarından, həm də son günlər Ermənistanda baş verən hadisələrdən başa düşmək çox asandır. Bəs görəsən sabah baş tutacaq görüşdə Azərbaycan əleyhinə hansısa qərar qəbul oluna bilər? 


Mövzu ilə bağlı Yensabah.az-a danışan politoloq Elçin Mirzəbəylli bildirib ki, sabahkı görüşlə əlaqədar narahatlığa kifayət qədər əsas var: 

“Bu görüşlə bağlı narahatlıq üçün kifayət qədər əsaslar var. Əvvəla qeyd edim ki, görüşdə təkcə Blinken, Paşinyan və Fon der Lyayen iştirak etməyəcək. Eyni zamanda faktiki olaraq “ikinci Ermənistan” təmsilçisi mövqeyində çıxış edən Samanta Pauer də görüşdə olacaq. Bu həmin Samanta Pauerdi ki, qondarma erməni soyqırımının tanındığı günü özünün ad günü elan edib. Digər tərəfdən, görüşlə bağlı verilən məlumatlar və səsləndirilən arqumentlər reallığı əks etdirmir. Burada Ermənistanın ticarət tərəfdaşlarının şaxələndirilməsindən söhbət gedir ki, mahiyyət etibarı ilə bütün iqtisadiyyatı Rusiyadan asılı olan və tərəfdaş ölkələr üçün heç bir iqtisadi əhəmiyyət kəsb etməyən bir ölkənin hansı iqtisadi tərəfdaşlığından söhbət gedə bilər? Bu aspektdən səsləndirilən arqumentlər gülüncdür. Digər tərəfdən, Ermənistan tərəfi görüş öncəsi onlara təhlükəsizlik təminatının verilməsi ilə bağlı çoxsayılı mülahizələr və fikirlər səsləndirdi. Bu gün də səsləndirilir ki, Brüssel görüşündə təhlükəzlik təminatı adı altında hərbi paktın imzalanması gözlənilir. Bu Ermənistan tərəfinin mediaya sızdırılan, ictimailəşririlən məlumatıdır. Bu aspektdən yenə də etimad üçün görüşdə Azərbaycanın əleyhinə heç nə qəbul edilməyəcək ifadəsinə inanmaq üçün heç bir əsas yoxdur”. 


 


Politoloq sabahkı görüşdən ədalətli nəticənin çıxacağına güman etmədiyini bildirib:

“Bəlli olduğu kimi, Avropa İttifaqının missiyası əvvəlcə sadəcə 44 nəfərdən ibarət olmalı idi və bu missiyanın məqsədi sülhün əldə edilməsi prosesinə töhfə verməkdən ibarətdir. Amma nəticədə bəlli oldu ki, bu missiyanın sayı gündən-günə artır və bura Avropa İttifaqına aid olmayan ölkələr də daxil olur. Beləliklə missiyanın hərbiləşdirilməsi istiqamətində iş aparılır. Çoxsayılı faktorlar var ki, etimadsızlığın formalaşmasına zəmin yaradır. Hazırda Ermənistanı silahlandıran və birmənalı olaraq bölgədə münaqişə vəziyyəti yaratmaq istəyən Fransanın da yer aldığı Avropa İttifaqının da bu görüşdə Azərbaycanın maraqlarına uyğun hansısa addımın atılacağını və ya ədalətli mövqe sərgilənəcəyini gözləmirik. Ağ evin sözçüsü Metyü Miller iki dəfə fikrini dəyişib. O, birinci bəyanatında görüşün yalnız ticarət və humanitar məsələlərin müzakirə olunacağını bildirsə də, ikinci açıqlamasında Azərbaycanla bağlı məsələyə toxunulacağı bildirildi. Mahiyyət etibarı ilə bu aspektdən Azərbaycanın narazılığı kifayət qədər əsaslıdır”. 

Tarix: 4-04-2024, 12:15
Baxış sayı: 233







TAM XƏBƏR
Bütün
Xəbərlər
Müsahibə
Foto
Sorğu
Günün fotosu

Ağadadaş Ağayevin keçmiş gəlini dələduzluq edir? - FOTOLAR

Son xəbərlər