Bu qidalar aclıq hissini uzun müddət aradan qaldırıb arıqlamağa kömək edir - SİYAHI


Nəzarət oluna bilməyən aclıq hissi haradan gəlir? Çox yeməmək üçün nə etmək lazımdır? 

 

Əksər insanları daimi narahat edən bu suallara "Rossiya" kanalındakı "Ən vacib şey haqqında" tok-şousunun studiyasında proqramın daimi eksperti, diyetoloq Marina Makişa cavab verib.

 

Həkimin sözlərinə görə, iştahın artmasının səbəbi həm stress, həm də müxtəlif xəstəliklər ola bilər. Adətən bunlar tiroid xəstəlikləri, anemiya, insulin müqaviməti, diabetdir. Həmçinin ani aclıq balanssız, irrasional qidalanma nəticəsində yarana bilər. 

 

Marina Makişa aclıq hissini azaltmağa kömək edəcək və sağlamlığınıza zərər verməyəcək qidaları sadalayıb.

 

Yumurta (ağ)

 

Zülal sizi uzun müddət tox saxlaya bilər. Protein yavaş-yavaş həzm olunur. Zülalın parçalanması nəticəsində əmələ gələn amin turşuları qana daxil olur və dörd saata qədər qanda dövr edir. Yəni beyin qidanın olduğunu anlayır. Böyük miqdarda protein ət, balıq, kəsmik, soya və pendirdə olur. Yumurta diyetoloqlara görə bir nömrəli məhsuldur. Elmi araşdırmalara görə, hər gün yumurta yeyən insanlar iştaha daha yaxşı nəzarət edir və daha az yeyirlər. Protein dəniz balıqlarında, toxumlarda və qoz-fındıqda da olur.

 

Avokado (yağ turşuları)

 

Yağlardan əlavə, avokadoda qida lifi də var ki, bu da toxluğa kömək edir. Tədqiqatlara görə, naharda bir avokado yeyən insanlar üç saatdan sonra naharı lazımi yağlar olmadan yeyənlərə nisbətən təxminən 40% daha az ac hiss etdiklərini qeyd edirlər.

 

Kartof (yüksək doyma indeksi)

 

Nişasta toxluq hissini qorumağa kömək edir. Lakin kartofun aclıq hallarının qarşısını alması üçün onu soyudulmuş halda yemək lazımdır. Çörək əvəzinə sendviçlərdə soyuq kartofdan istifadə edə bilərsiniz. Onların kalorisi üç dəfə azdır.

Tarix: 3-04-2024, 15:33
Baxış sayı: 222







TAM XƏBƏR
Bütün
Xəbərlər
Müsahibə
Foto
Sorğu
Günün fotosu

Ağadadaş Ağayevin keçmiş gəlini dələduzluq edir? - FOTOLAR

Son xəbərlər