İtaliya Kuboku: “Milan” rəqibinə şans vermədi
İtaliya Kubokunun 1/8 mərhələsində “Milan” “Kalyari” ilə üz-üzə gəlib.
Oyunun nəticəsi gözlənilən olub. Belə ki, “rossonyerilər” rəqiblərinə şans verməyiblər.
Matç ərzində Yoviç dubl edib (29, 42), Traore (50) və Leau (90+2) fərqləniblər. “Kalyari”nin gücü bu qollardan yalnız birinin əvəzini çıxmağa yetib (Azzi, 88) - 4:1.
Beləliklə də, “Milan” İtaliya Kubokunun 1/4 mərhələsinə adını yazdırıb. Hazırda “Latsio”, “Frozinone”, “Bolonya” və “Fiorentina” da bu mərhələyə çıxıb. Eyni zamanda, “Atalanta”, “Sassuolo”, “Roma”, “Kremoneze”, “Yuventus” və “Salernitana” da turnirin nöbəti mərhələsinə vəsiqə qazana bilər.
Tarix: 3-01-2024, 02:44
Baxış sayı: 102
Digər xəbərlər
Ukrayna iki yerə BÖLÜNƏ BİLƏR: “Yaxın 20 gün ərzində...”
Dövlət başçılarına Şuşanın Baş planı barədə məlumat verildi
Azərbaycan XİN: "Fransa tərəfi üzr istəməlidir"
İlham Əliyev və Lukaşenko Şuşaya səfər ediblər