35 illik sindrom qırıldı - Türkiyədə nə baş verir?


Türkiyədə keçirilən bələdiyyə seçkilərinin nəticələri seçicilərin hakim Ədalət və İnkişaf Partiyasına (AKP) ciddi çağırışıdır.


Bunu politoloq Vüqar Zifəroğlu deyib.


Ekspert qardaş ölkədə baş tutan seçki prosesi ilə bağlı bir sıra məqamlara diqqət çəkib: “Qardaş Türkiyədə keçirilən bələdiyyə seçkilərinin ilkin nəticələrindən maraqlı məqamlar ortaya çıxır.


Birinci, AKP-nin bir çox yerlərdə namizdlərini dəyişdirməmək qərarı partiyanın həmin bölgələrdə az səs yığması ilə nəticələndi.


İkinci. Yenidən Rifah Partiyasının (YRP) AKP-nin nüfuzlu olduğu bőlgələrdə səs alması müşahidə olundu, bu da dini həssaslığı olan seçici səslərinin müəyyən hissəsinın iqtidar partiyasından YRP-yə keçməsi deməkdir.


Üçüncü, sıravi Türkiyə vətəndaşının iqtisadi problemlərə münasibəti őzünü bələdiyyə seçkilərində gőstərdi.


Dördüncü, İYİ partiyanın nəticələri gőzləniləndən də aşağı oldu, faktiki olaraq partiya ciddi məğlubiyyət yaşadı. Millətçi Hərəkat Partiyasının (MHP) nüfuzlu oldugu bőlgələrdən narazı millətçilərin az sayda səsini ala bilsə də, nəticələrə təsir edə biləcək gücdə olmadı.

Beşinci, CHP yeni rəhbərliklə 1989-cu ildən bu yana ilk dəfədir bələdiyyə seçkilərində belə uğurlu nəticələr əldə etdi.


Altıncı, əsasən böyük şəhərlərdən etiraz məqsədilə AKP-nin elektorat bazasından seçkilərə qatılmayanların olması, nəticə etibarilə ana müxalifət partiyasına 2019-cu il seçkiləri ilə müqayisədə əldə etdiyi nəticələrə görə İstanbul, Ankara və İzmirdə bələdiyyə məclislərində çoxluqda təmsil olunmaq imkanı verə bilər.


Görünən budur ki, AKP müəyyən təsiredici, hətta partiya daxilində bir qism dəyişikliklərə getməli, həmçinin iqtisadi problemlərin həll edilməsi istiqamətində nəticəyə hesablanmış addımlar atmalıdır. Prezident seçkilərindəki qalibiyyətin üstündən 10 ay keçdikdən sonra mővcud mənzərənin ortaya çıxması, əslində həm də ciddi çağırışdır, bu, seçicinin xəbərdarlığı kimi də qiymətləndirilə bilər”.

Tarix: 1-04-2024, 12:23
Baxış sayı: 224







TAM XƏBƏR
Bütün
Xəbərlər
Müsahibə
Foto
Sorğu
Günün fotosu

Ağadadaş Ağayevin keçmiş gəlini dələduzluq edir? - FOTOLAR

Son xəbərlər