Martın 30-u Beynəlxalq Sıfır Tullantı Günüdür. Bu gün həm qlobal miqyasda tullantıların idarə edilməsinin gücləndirilməsinin, həm də davamlı istehlak və istehsal nümunələrinin təşviq edilməsinin vacibliyini vurğulayır.
2022-ci il dekabrın 14-də Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 77-ci sessiyasında 30 mart tarixi Beynəlxalq Sıfır Tullantı Günü elan edilib. Qardaş Türkiyə tərəfindən irəli sürülən həmin təşəbbüsə 105 ölkə qoşulub.
Beynəlxalq Sıfır Tullantı Günündə üzv dövlətlər, təşkilatlar, vətəndaş cəmiyyəti üzvləri, özəl sektor, akademik dairələr, gənclər və digər maraqlı tərəflər tullantıların idarə edilməsi haqqında məlumatlılığın artırılmasına yönəlmiş fəaliyyətlərdə iştirak etməyə dəvət olunurlar.
Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Gənclik” parkında Beynəlxalq Sıfır Tullantı Gününə həsr olunmuş “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçirəcək.
Nazirlik hər kəsi həmin festivalda iştirak edərək tullantıların çeşidlənməsi vərdişinin formalaşmasına, tullantıların sayının azaldılmasına töhfə verməyə dəvət edir.
Ukrayna iki yerə BÖLÜNƏ BİLƏR: “Yaxın 20 gün ərzində...”
Dövlət başçılarına Şuşanın Baş planı barədə məlumat verildi
Azərbaycan XİN: "Fransa tərəfi üzr istəməlidir"
İlham Əliyev və Lukaşenko Şuşaya səfər ediblər