Qızılın qiyməti 71 dolları ötüb - BİR İLK




Xalis qızılın bir qramının qiyməti ilk dəfə olaraq 71 dolları ötüb. 


Bu ilin fevralın 10-dan sonra qızılın qiymətində müşahidə edilən yüksəliş hələ də davam edir. Həmin tarixdə bir troya unsiya (31,1 qram) qızılın qiyməti 2000 dollar olduğu halda hazırda 2200 dollardan yüksəkdir. 


Qısa müddətdə xalis qızılın bir qramının qiyməti 64 dollardan 71,1 dollara qədər artıb. 


Son ayyarımda qızılın bahalaşması ABŞ dollarının məzənnəsinin düşəcəyinə dair yaranan qənaətlə bağlıdır. Proqnozlaşdırılır ki, yaxın aylarda ABŞ-də faizlər endiriləcək və bu, dolların ucuzlaşmasına səbəb olacaq. Qızılın qiyməti dollarla müəyyən edildiyindən onun məzənnəsindəki dəyişiklik qızılın qiymətinə də təsir göstərir. Dollar bahalaşanda qızıl ucuzlaşır, dollar ucuzlaşdıqda isə qızıl bahalaşır. Yaxın aylarda dolların ucuzlaşacağı proqnoz edildiyindən investorlar indidən qızılı bir qədər ucuz almağa çalışırlar ki, bu da dəyərli metalı bahalaşdırır. 


Qızılın bahalaşması onunla yığım edən bankların, maliyyə qurumlarının, fondların aktivlərinin dəyərinə müsbət təsir edir. Son bir ildə qızılın qiyməti 12 faiz artıb və qızılla yığım edənlərin aktivləri də bir qədər dəyərlənib. 

Tarix: 28-03-2024, 11:56
Baxış sayı: 142







TAM XƏBƏR
Bütün
Xəbərlər
Müsahibə
Foto
Sorğu
Günün fotosu

Özəl klinikalarda bu üsulla ödənişsiz xidmət ala bilərsiniz - VİDEO

Son xəbərlər