Amerikalı fizik və yazıçı Michio Kaku deyir ki, internet erası sona çatır, beynimiz birbaşa bir-birinə bağlı olacaq.
Nyu York Şəhər Universitetində nəzəri fizika professoru olan Kakunun keçən il “Kvant üstünlüyü” adlı 11 kitabı nəşr olunub.
Kaku kvant dövründə istehsal edilən texnologiya və kompüterlərin xəstəliklərin müalicəsindən kütlələrin qidalanmasına qədər bəşəriyyətin ən böyük problemlərinə köklü həllər gətirəcəyini düşünür:
“Xərçəngi kompüterlərin köməyi ilə müalicə edə bilərik. Bunun şiş əmələ gəlməzdən 10 il əvvəl olacağını bilə və ona uyğun müdaxilə edə bilərik. Hazırda ABŞ-da xərçəngə qan testi ilə diaqnoz qoymaq olar. Bu tip testlər daha çox yayılacaq”.
“Gələcəyin interneti rəqəmsal olmayacaq. Rəqəmsal çox asta və kobuddur. Gələcəyin interneti beyinlə birləşən kvant interneti olacaq. Onun adı Brainet (Brain-net) olacaq. Düşündüyünüz şeyləri dünyanın başqa bir hissəsinə göndərə və düşünərək başqaları ilə qarşılıqlı əlaqə qura biləcəksiniz”, - fizik deyib.
Ukrayna iki yerə BÖLÜNƏ BİLƏR: “Yaxın 20 gün ərzində...”
Dövlət başçılarına Şuşanın Baş planı barədə məlumat verildi
Azərbaycan XİN: "Fransa tərəfi üzr istəməlidir"
İlham Əliyev və Lukaşenko Şuşaya səfər ediblər