İtaliyanın baş nazirinin adı porno qalmaqalına qarışdı


İtaliyanın baş naziri Giorgia Meloninin adı porno qalmaqalında hallanıb.

 

İnternetdə İtaliyanın baş naziri Giorgia Meloninin olduğu saxta erotik video yayılıb.

 

Meloni videonun yayılmasında şübhəli bilinən ata və oğulu məhkəməyə verib. İtaliya hökumətinin başçısı ittiham olunanlardan 100 min avro təzminat tələb edir.

 

Məhkəmədə qalib gələcəyi təqdirdə, Meloni aldığı pul təzminatını zorakılıq qurbanı olmuş qadınlara bağışlamaq istəyir.

 

Qeyd edək ki, “Deepfake” vasitəsilə çəkilmiş porno videolar aylardır internetdədir və bütün dünyada milyonlarla baxış qazanıb. 73 yaşlı ata və 40 yaşlı oğula qarşı məhkəmədə böhtan işinə görə iddia qaldırılıb.

 

Təhqiqat poçt polisi tərəfindən aparılıb. Poçt polisi əməkdaşı iki nəfəri internet səhifəsində istifadə edilən ləqəbə, sonra isə saxta videoların yayıldığı telefon nömrəsinə görə izləyib.

 

Meloni artıq 100 min avro məbləğində təzminat tələb etdiyini və bu məbləğin zorakılıq qurbanı olmuş qadınlar üçün xeyriyyə fonduna veriləcəyini açıqlayıb.

 

“Bu jest (fonda pul təzminatının köçürülməsi - red.) simvolik xarakter daşıyır və çox vaxt xəbəri belə olmadan bu cür cinayətlərin hədəfinə çevrilən qadınların müdafiəsinə töhfə vermək niyyətindədir”- deyə iddiaçının vəkili Maria Julia Marongiu bildirib.

 

Xatırladaq ki, daha əvvəl mətbuat İtaliyanın baş naziri Giorgi Melonun seksizmə dözməyərək sevgilisini tərk etdiyini yazmışdı. Cütlüyün münasibətləri sevgilisinin Meloninin siyasətinin əksinə olaraq, ənənəvi italyan ailəsini şiddətlə müdafiə etməsinə görə pozulmuşdu. İtaliyanın 46 yaşlı baş naziri isə daha çox radikal feminizm ilə tanınır.

Tarix: 26-03-2024, 18:20
Baxış sayı: 237







TAM XƏBƏR
Bütün
Xəbərlər
Müsahibə
Foto
Sorğu
Günün fotosu

Ağadadaş Ağayevin keçmiş gəlini dələduzluq edir? - FOTOLAR

Son xəbərlər