Təbii yolla arıqlamağa kömək edir: alma sirkəsinin möcüzəvi gücü


Biotibbi tədqiqat müəllimi Darşna Yaqnikin sözlərinə görə, alma sirkəsi arıqlamaq uğrunda və diabetlə mübarizədə müalicəvi təsir göstərə bilər.


Onun sözlərindən "Daily Mail" sitat gətirib.


Yaqnik alma sirkəsinin ulduzlar arasında məşhur olan "Ozempic" dərmanının təbii əvəzedicisi olduğunu qeyd edib. İddialarını dəstəkləmək üçün o, artıq çəkili və obez insanlara səhər yeməkdən əvvəl alma sirkəsi verildiyi son araşdırmaya istinad edib. Təcrübənin nəticələri göstərib ki, sirkə qəbul edən qrup uğurla arıqlayıb.


Üstəlik, gündə 15 mililitr qəbul edənlər 12 həftə ərzində 8 kiloqrama qədər arıqlayıblar.


Yaqnikin sözlərinə görə, bu effekt qanda asetatın səviyyəsini artıran, yağ turşularının parçalanmasını təşviq edən və yenilərinin udulmasının qarşısını alan sirkə turşusu sayəsində əldə edilir. Bu, öz növbəsində, yağ metabolizmasını sürətləndirir və arıqlamağa səbəb olur.


Mütəxəssis onu da bildirib ki, alma sirkəsi qəbul edən bütün tədqiqat iştirakçılarının xolesterin səviyyələrində də azalma müşahidə ediblər. Lakin Yaqnik bu içkini dərman kimi istifadə etməzdən əvvəl həkiminizlə məsləhətləşməyi məsləhət görüb.

Tarix: 14-03-2024, 15:35
Baxış sayı: 215







TAM XƏBƏR
Bütün
Xəbərlər
Müsahibə
Foto
Sorğu
Günün fotosu

Ağadadaş Ağayevin keçmiş gəlini dələduzluq edir? - FOTOLAR

Son xəbərlər