“Krokus siti holl” konsert zalında törədilmiş terror aktı ilə bağlı Moskva vilayətində terrorçuluq maddəsi üzrə cinayət işi açılıb.
Bu barədə məlumatı Rusiya Federasiyası İstintaq Komitəsinin teleqram kanalı bildirib.
“Rusiya İstintaq Komitəsinin Baş İstintaq İdarəsi Moskva vilayətində baş vermiş terror aktı ilə bağlı cinayət işi açıb. “Krokus siti holl” konsert zalında baş vermiş insident əsasında Rusiya İstintaq Komitəsinin Baş İstintaq İdarəsi cinayət işi açıb. Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205-ci maddəsi (terror aktı) ilə cinayət işi açılıb”, – İstintaq Komitəsinin teleqram kanalında deyilir.
Rusiya İstintaq Komitəsinin mərkəzi aparatının istintaq qrupu hadisə yerinə gedib.
Xatırladaq ki, Moskva vilayətindəki “Krokus siti holl” konsert zalında terror aktı olub. Daha sonra binanın dam örtüyü yanıb. Hadisədə 40 nəfər ölüb, 100-dən çox insan yaralanıb. Hadisə yerində təcili yardım briqadaları işləyir.
Ukrayna iki yerə BÖLÜNƏ BİLƏR: “Yaxın 20 gün ərzində...”
Dövlət başçılarına Şuşanın Baş planı barədə məlumat verildi
Azərbaycan XİN: "Fransa tərəfi üzr istəməlidir"
İlham Əliyev və Lukaşenko Şuşaya səfər ediblər