Ukrayna Prezident Ofisi: "Terror aktı ilə əlaqəmiz yoxdur"


Rusiyanın Moskva vilayətində baş vermiş terror aktı ilə bağlı əlaqəmiz yoxdur.

 

Bu barədə Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak sosial şəbəkədə yazıb.

 

“Ukrayna heç vaxt terror metodlarına müraciət etməyib. Bu həmişə mənasızdır”, – o qeyd edib.

 

Onun sözlərinə görə, Rusiya Ukrayna ilə müharibədə terror hücumlarına müraciət edir, hətta keçmişdə “antiterror tədbirləri” adı altında “öz vətəndaşlarına həmlələr edib”.

 

Xatırladaq ki, Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində baş vermiş terror aktında 40 nəfər ölüb, 100-dən çox insan yaralanıb.

Tarix: 23-03-2024, 01:06
Baxış sayı: 236







TAM XƏBƏR
Bütün
Xəbərlər
Müsahibə
Foto
Sorğu
Günün fotosu

Ağadadaş Ağayevin keçmiş gəlini dələduzluq edir? - FOTOLAR

Son xəbərlər