Zəngəzur Ermənistandan ayrılacaq: Pərdəarxası danışıqların SİRLƏRİ AÇILDI


Türkiyə və Azərbaycan Zəngəzuru Kalininqrad modeli üzrə Ermənistandan ayırmağı planlaşdırır.


Son bir həftədə Ermənistanda bu iddialar müzakirə olunur.


İddialara görə, Türkiyə Antalya Diplomatik Forumunda iştirak edən Ermənistan nümayəndə heyətinə bununla bağlı təklif verib. Söhbət təkcə Zəngəzur dəhlizinin Kalininqrad dəmir yolu təcrübəsinə uyğun açılmasından yox, həm də Qərbi Zəngəzur bölgəsinə Kalininqrad statusunun verilməsindən gedir. Kalininqrad statusu muxtariyyət statusuna bərabərdir.


Erməni türkoloq Tiran Lokmaqyozyan hesab edir ki, pərdəarxası görüşlərdə bu plan müzakirə edilir. O, Ermənistan hakimiyyətinin bununla razılaşacağını istisna etmir.


“Ermənistan hakimiyyəti “dəhliz”dən imtina edir, amma eyni funksiyanı daşıyan yol modelinə razılaşa bilər. Azərbaycan bəyan edir ki, Naxçıvana gedən sərnişinlər və daşınan yüklər gömrük yoxlanışından keçməməlidir. Bu, dəhliz kimi bir şeydir”, – o bildirib.


Digər erməni türkoloq Varuzan Geqamyan isə hesab edir ki, yaxın gələcəkdə azərbaycanlılar Zəngəzura qayıdacaq və bu bölgə xüsusi statusla Ermənistandan ayrılacaq.

Tarix: 20-03-2024, 21:06
Baxış sayı: 198







TAM XƏBƏR
Bütün
Xəbərlər
Müsahibə
Foto
Sorğu
Günün fotosu

Ağadadaş Ağayevin keçmiş gəlini dələduzluq edir? - FOTOLAR

Son xəbərlər