“TikTok”da qeydiyyat şəxsiyyət vəsiqəsi ilə aparılacaq? - AÇIQLAMA


““TikTok”da qeydiyyatın şəxsiyyət vəsiqəsilə olması haqqında yayılan məlumatların heç bir əsası yoxdur”.

 

Bunu Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz deyib. Onun sözlərinə görə,  qlobal resurslarda milli identifikasiya vasitələri ilə qeydiyyat məsələsi texniki və hüquqi cəhətdən indiki anda mümkün deyil:

 

“Vətəndaşlarımıza məxsus fərdi məlumatların hansısa xarici qurumlara məxsus serverlərdə emal olunması, identifikasiya olunması indiki anda real deyil. Hətta onların serverlərinin Azərbaycanda yerləşəcəyi təqdirdə, bu, ağlabatan görünmür. Azərbaycan hökuməti ilə “TikTok” arasında bu tip identifikasiya məsələsi müzakirə predmeti olmayıb. Eyni zamanda, Azərbaycanın xüsusi xidmət və digər əlaqəli qurumları ilə “TikTok” arasında yetərincə əlaqələr var. Bizim təhlükəsizlik qurumlarının “TikTok”la əlaqəli apardığı uğurlu əməliyyat axtarış tədbirlərinə əsasən onu demək olar ki, lazım olanda bu qurumlar “TikTok”la birbaşa əlaqə qurub zəruri məlumatları əldə edə və ya sildirə bilirlər”.

 

Ekspert sonuncu dəfə “TikTok” rəsmiləri ilə Azərbaycan hökuməti arasında müzakirə olunan mövzudan da söz açıb:

 

“Azərbaycan hökumətinin ötən il qəbul etdiyi, adətən  "Google vergisi" olaraq adlandırılan verginin ödənilməsi üçün “TikTok”un Dövlət Vergi Xidmətindən qeydiyyatdan keçməsi məsələsi, Azərbaycan ekosisteminə dəstək verməsi məsələsi müzakirə mövzusu olub. Bildiyim qədər, “TikTok”  İqtisadiyyat Nazirliyində DVX rəsmilərinin də iştirak etdiyi toplantıda Azərbaycanda qazandığı gəlirlərdən vergi ödəməyə razılıq verib və güman ki, artıq VÖEN də alıb”.

Tarix: 20-03-2024, 14:49
Baxış sayı: 210







TAM XƏBƏR
Bütün
Xəbərlər
Müsahibə
Foto
Sorğu
Günün fotosu

Ağadadaş Ağayevin keçmiş gəlini dələduzluq edir? - FOTOLAR

Son xəbərlər