“Oruc tutan şəxs insanlarla mübahisə etməkdən və dalaşmaqdan çəkinməlidir”.
Bunu ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov deyib. O, Ramazanla bağlı mühüm məsələləri ehtiva edən hədislərdən birini nümunə kimi qeyd edib:
“Məhəmməd Peyğəmbərin bu hədisinə əməl etməyi hər kəsə tövsiyə edirəm: "Oruc bir qalxandır. Qoy (oruc tutan adam) günah işlər görməsin və cahillik etməsin. Əgər kimsə onunla dalaşmaq istəsə və ya onu söysə, iki dəfə: "Mən oruc tutmuşam" - desin. Canım Əlində olan Allaha and olsun ki, oruc tutan adamın ağzından gələn qoxu, Uca Allahın yanında müşk qoxusundan daha gözəldir. (Allah buyurur:) "O mənə görə öz yeməyindən, içməyindən və şəhvətindən imtina etmişdir. Oruc isə Mənim üçündür və Mən (oruc tutan adama) ayrıca mükafat verəcəm. Yaxşı əməlin əvəzi on qat veriləcəkdir”. Odur ki, çalışaq hər zaman insanlarla mübahisə etməkdən və dalaşmaqdan uzaq olaq”.
Ukrayna iki yerə BÖLÜNƏ BİLƏR: “Yaxın 20 gün ərzində...”
Dövlət başçılarına Şuşanın Baş planı barədə məlumat verildi
Azərbaycan XİN: "Fransa tərəfi üzr istəməlidir"
İlham Əliyev və Lukaşenko Şuşaya səfər ediblər