Nigeriyada terrorçular avtobuslara hücum edib, 45 sərnişini girov götürdülər

 Nigeriyada şəhərlərarası üç avtobusa hücum edən terrorçular 45 nəfəri girov götürüblər.

Todaynews.az xəbər verir ki, bu barədə “Nigerian Tribune” hadisə şahidlərinə istinadən məlumat yayıb.

Bildirilib ki, insident ölkənin cənub-şərqindəki Otukpo-Enugu magistral yolunda (Benue ştatı) baş verib.

Ötən həftə Nigeriyanın şimal-şərqində Kaduna-Abuja şosesində təxminən 30 nəfər qaçırılıb. İndiyə qədər onların taleyi barədə məlumat yoxdur.

Son zamanlar Nigeriyada terrorçular fəallaşıb. Onlar mağazaları qarət edir, insanları girov götürürlər.

Tarix: 15-01-2024, 20:47
Baxış sayı: 26







TAM XƏBƏR
Bütün
Xəbərlər
Müsahibə
Foto
Sorğu
Günün fotosu

Abşeronda Zərifə Əliyevanın 101 illiyi qeyd edilib - FOTOLAR

Son xəbərlər