Ən təhlükəli gözəllik prosedurları AÇIQLANDI - Qadınların NƏZƏRİNƏ!


Kosmetoloq və dermatoveneroloq Anna Muselli Şukan qadınlar üçün ən təhlükəli gözəllik prosedurlarından danışıb.

 

Mütəxəssis ilk növbədə biopolimer dolğuları vurğulayıb. 

 

"Bipolimer gellər hialuron turşusundan fərqli olaraq, həll olunmur və öz-özünə bədəndən xaric edilmir. Onun çıxarılması əməliyyat tələb edir və hətta əməliyyatdan sonra gelin parçaları toxumalarda qala, iltihaba və digər xoşagəlməz nəticələrə səbəb ola bilər", - mütəxəssis qeyd edib.


Bundan əlavə, həkim qızıl sapların da təhlükəsindən danışıb. O qeyd edib ki, bu materiallar toxumaların altında hərəkət edə bilir. Bu da zaman keçdikcə onların cərrahi yolla çıxarılmasına ehtiyac yaradır və bundan sonra üzdə çapıqlar qalır.

 

"Sərt pilinqlərə gəlincə, onlar dərini ciddi şəkildə zədələyir. Əvəzində turşu pilinqləri seçməli və ya lazerlə yenilənməyə daha çox maraq göstərməlisiniz.Qadınlar SPF qoruyucusu olan krem çəkmədən açıq günəş altında vaxt keçirirlərsə, o zaman çapıqların qarşısını almaq olmaz”, - həkim xəbərdarlıq edib.

Tarix: 19-03-2024, 22:23
Baxış sayı: 247







TAM XƏBƏR
Bütün
Xəbərlər
Müsahibə
Foto
Sorğu
Günün fotosu

Ağadadaş Ağayevin keçmiş gəlini dələduzluq edir? - FOTOLAR

Son xəbərlər