Bu ölkələrdə "Aİ-95" markalı benzin BAHALAŞDI


2023-cü ilin əvvəlindən "Aİ-95" benzini ən çox Argentina və Türkiyədə bahalaşıb.

 

 "RİA Novosti" bu barədə açıq statistik məlumatlara əsaslanan öz hesablamalarına istinadla məlumat yayıb.

 

Argentinada premium benzin dərhal 27,29% bahalaşaraq indiki məzənnə ilə litri 1,011 dollar və ya 1.72 AZN təşkil edib. Türkiyə 17,36% artımla onu izləyir - orada "Aİ-95" markalı benzinin qiyməti 2,13 AZN-nə çatıb. Kamerun ilk üçlüyü ən nəzərə çarpan dinamika ilə bağlayır - 15,07% artım, litr üçün 2,37 AZN.


Bir sıra ölkələrdə bu sinifdən olan yanacaq ilin əvvəlindən əksinə, ucuzlaşıb. Qiymətlərin ən nəzərə çarpan azalması Qrenadada olub - 23,48% artaraq litr üçün 2,12 AZN. Lakin məlumatları dərc edənlər arasında belə dövlətlər az olub - cəmi 15.

 

Rusiya "Aİ-95"in qiymət artımı sürətinə görə cəmi 78-ci yeri tutub: qiymətlər 0,11% artaraq 55,21 rubl/litr olub. Eyni zamanda, Rusiya Federasiyası qiymətlərə görə 17-ci yeri tutaraq, ən sərfəli benzinlə ilk 20 ölkəyə daxil olub.

 

Ən ucuz "Aİ-95" İran (0,048 AZN), Liviya (0,052 AZN) və Venesuelada (0,059 AZN) satılır. Ən yüksək qiymətlər isə Monakoda ( 3,93 AZN), İslandiyada (3,91 AZN) və Danimarkadadır (3,72 AZN).

Tarix: 19-03-2024, 22:10
Baxış sayı: 228







TAM XƏBƏR
Bütün
Xəbərlər
Müsahibə
Foto
Sorğu
Günün fotosu

Ağadadaş Ağayevin keçmiş gəlini dələduzluq edir? - FOTOLAR

Son xəbərlər