Ötən gün Fransa Prezidenti Emmanuel Makron Rusiyaya atəşkəs rejiminin yaradılmasını təklif edəcəyini bildirib. Ölkə başçısı bu barədə Parisdə keçirilən Olimpiya Oyunları zamanı danışıb.
O, Ukrayna mediası tərəfindən ona ünvanlanan suala “Biz bunu xahiş edəcəyik” cavabını verib.
Rusiya Prezidenti Vladimir Putin Makronun bu çıxışına reaksiya verib. O qeyd edib ki, Rusiya Ukraynadakı qarşıdurmaya son qoyulması ilə bağlı istənilən variantı nəzərdən keçirməyə hazırdır.
"Fransa Prezidentinin bu bəyanatından xəbərim yoxdur, biz istənilən məsələni nəzərdən keçirməyə hazırıq. Lakin həmişə, istənilən vəziyyətdə Rusiya Federasiyasının maraqlarından çıxış edəcəyik" - o, jurnalistin sualını cavablayarkən deyib.
Putin təkrar edib ki, Moskva sülh danışıqlarının tərəfdarıdır:
“Lakin ona görə deyil ki, düşmənin döyüş sursatı tükənir. Əgər onlar həqiqətən də, ciddi şəkildə, uzunmüddətli perspektivdə iki dövlət arasında dinc, mehriban qonşuluq münasibətləri qurmaq istəyirlərsə, biz bunun tərəfdarıyıq. Mən istərdim ki, Fransa Ukraynada münaqişənin kəskinləşməsinə səbəb olan rol oynamasın”.
Rusiya lideri “Reuters”in “NATO ilə münaqişə ehtimalı varmı” sualına bu cür cavab verib: “Müasir dünyada hər şey mümkündür. Lakin bu, tam miqyaslı Üçüncü Dünya Müharibəsindən bir addım uzaq olacaq”.
Ukrayna iki yerə BÖLÜNƏ BİLƏR: “Yaxın 20 gün ərzində...”
Dövlət başçılarına Şuşanın Baş planı barədə məlumat verildi
Azərbaycan XİN: "Fransa tərəfi üzr istəməlidir"
İlham Əliyev və Lukaşenko Şuşaya səfər ediblər