Teylor Sviftin pişiyi dünyanın ən zəngin ev heyvanları siyahısındadır

 Dünyanın ən zəngin ev heyvanlarının siyahısı dərc olunub.

Todaynews.az xarici ölkə saytlarına istinadla xəbər verir ki, müğənni Teylor Sviftin “Oliviya Benson” adlı pişiyi 97 milyon dollar varidatla üçüncü yerdədir.

“Oliviya” sahibəsi ilə bir neçə musiqi klipində birgə çəkilməklə qazanc əldə edir, müxtəlif reklam çarxlarına çəkilir.

Teylor Sviftin 2020-ci ildə “Instagram”da dərc etdiyi şəkillərdən biri – “Benson”un divanda dartılmış vəziyyətini əks etdirən şəkil iki milyondan artıq insan tərəfindən bəyənilib.

Ən zəngin ev heyvanlarının siyahısına “VI Günter” adlı alman ovçarkası 500 milyon varidatla başçılıq edir. İt media maqnatı Mauritsio Miana məxsusdur. İkinci yerdə olan “Nala” adlı pişiyin sosial şəbəkələrdə 4 milyon izləyicisi var, onun gəliri isə 100 milyon dollardır.

Tarix: 13-01-2024, 17:52
Baxış sayı: 34







TAM XƏBƏR
Bütün
Xəbərlər
Müsahibə
Foto
Sorğu
Günün fotosu

Ağadadaş Ağayevin keçmiş gəlini dələduzluq edir? - FOTOLAR

Son xəbərlər