Avtomobil almaq istəyənlərin DİQQƏTİNƏ – Bu maşınlarda 26 faiz artım...




2024-cü ilin yanvar-fevral aylarında Azərbaycanda 574 ədəd minik avtomobili istehsal edilib. Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında bildirilir. Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə minik avtomobili istehsalı 118 ədəd və ya 25,9% artıb. 2023-cü ilin yanvar-fevral aylarında bu göstərici 456 ədəd təşkil edib. 


Bəs görəsən yerli istehsaldakı artım tendensiyasının davamlı olması avtomobil bazarına necə təsir edəcək? 


Mövzu ilə bağlı danışan nəqliyyat eksperti İlqar Hüseynli bildirib ki, istehsalın artım stabilliyi bazardakı tendensiyadan asılıdır: 


“İstehsal, ixrac və idxal məsələlərini bazar özü tənzimləyir. Əgər tələbat yaranırsa, hansısa şirkət özünün istehsal etdiyi avtomobili növbəti il üçün daha çox istehsal edir. Tutaq ki, 2023-cü ildə daxili istehsalda əgər 500 avtomobil istehsal olunubsa və onun çatışmazlığı baş veribsə, yəni bu rəqəmdən daha çox tələbat yaranıbsa, o zaman növbəti aylarda istehsal həcmi artırılır. Bu təbii tendensiyadır. Yaxud xaricdən nəqliyyat vasitələri idxal edən şirkətlər bazardakı tələbata uyğun formada tələb olunan markaların maşınlarını gətirir. Bu mənada bazardakı vəziyyəti tələb-təklif prosesi müəyyənləşdirir”. 


Ekspert bildirib ki, yerli avtomobillərin qiyməti münasib olarsa, bazara da müsbət təsir edər: 


“Ona görə də, hesab edirəm ki, yerli avtomobil istehsalında 26 faizlik artım tendensiyası növbəti dövr üçün də müəyyən qədər artsın. Burada qiymətlərin müqayisəsi aparılacaq. Tutaq ki, Çindən gətirilən elə avtomobil modeli var ki, Azərbaycanda istehsal olunandan 2 dəfə baha təklif olunur və müəyyən qisim alıcılar bunu almaq imkanında olmur. Yaxud hansısa özəl şirkət taksi xidməti üçün çoxlu sayıda avtomobil almaq istəyir və düşünür ki, yerli istehsal avtomobil almaq onun üçün daha sərfəlidir. Amma sözsüz ki, bu tendensiyanın da azalma dövrü olacaq. Əgər yeni modellərə keçid olmasa, zövqlərə uyğun fərqli avtomobil hazırlanmasa, satışda azalma ola bilər. Ancaq ümumən götürdükdə daxili istehsalda əgər qiymətlər daha səmərəlidirsə və bazar tələbatı ona uyğundursa, onda istehsalın artım tendensiyası davam edə bilər”.

Tarix: 17-03-2024, 15:30
Baxış sayı: 172







TAM XƏBƏR
Bütün
Xəbərlər
Müsahibə
Foto
Sorğu
Günün fotosu

Ağadadaş Ağayevin keçmiş gəlini dələduzluq edir? - FOTOLAR

Son xəbərlər