Milli Məclisin deputatı, tibb üzrə elmlər doktoru Rəşad Mahmudov oruc tutmaqla bağlı çoxlarının doğru bildiyi, əslində isə yanlış olan bəzi fikirlərə aydınlıq gətirib.
Məlumata görə, həkim bildirib ki, yüksək təzyiqi olan, şəkər və ya ürəyi xəstə olan şəxslərin oruc tutmasının təhlükəli olması barədə fikirlər doğru deyil.
R.Mahmudov orucluğun insan orqanizminə faydalarını da sadalayıb:
1. Orucun orqanizmə bərpaedici (DNT) təsiri var.
2. Orucun xərçəng hüceyrələrini hazır qlükozadan məhrum edərək (normal hüceyrələrə nisbətən enerjidən daha çox asılı olduqları üçün) öldürdüyü sübuta yetirilib.
3. Orucun sərbəst radikalların təsirinə maneə törətdiyi məlumdur.
4. Oruc tutmaq apoptozis (xəstəlikli və təhlükəli hüceyrələrin yox edilməsi) deyilən mexanizmi işlək hala gətirir. Bunu qlükogenezi fəaliyətə keçirərək etməkdədir.
5. Üstəlik, oruc tutmaq hüceyrələri, toxumaları, orqanları, qanı yeniləyərək orqanizmi və immunitet sistemini yenidən işə salan yeni kök hüceyrələrin əmələ gəlməsinə təkan verir.
Qısaca, orucun, eləcə də planlı və istəkli aclığın ömrü uzatdığını tibb elmi sübuta yetirib.
Bundan tam şəkildə faydalanmaq üçün qida rasionuna diqqət edilməsi əsas şərtdir.
6. Ən böyük fayda isə bir ayın sonunda çəkinin ən az 5% azalmasıdır.
Deməli, oruc tutmaq sağlamlığını təmin etmək, sağlam olmaq deməkdir!
Ukrayna iki yerə BÖLÜNƏ BİLƏR: “Yaxın 20 gün ərzində...”
Dövlət başçılarına Şuşanın Baş planı barədə məlumat verildi
Azərbaycan XİN: "Fransa tərəfi üzr istəməlidir"
İlham Əliyev və Lukaşenko Şuşaya səfər ediblər