Alimlər kartofun inanılmaz faydalarını üzə çıxardı


Bir çoxları kartofun mənfi nəticələri ilə bağlı şayiələri rəhbər tutaraq, onu rasionlarından xaric edirlər.

Onlar arasında artıq çəki, həzm problemləri və şəkər xəstəliyindən tez-tez danışılır. Bununla belə, kartofdan imtina etmək orqanizmdə vitamin və mineralların çatışmazlığına səbəb ola bilər.


ABŞ-ın Albert Eynşteyn Tibb Kollecinin alimləri bu nəticəyə gəliblər. Araşdırmanın nəticələri "Frontiers" jurnalında dərc olunub.


Təcrübə zamanı sağlamlıq problemi olmayan iki qrup insan eyni kalorili müxtəlif pəhriz növlərinə riayət edib. Onların bəziləri nişastalı tərəvəzlər, bəziləri isə taxıl yeyib. Sonda qan analizlərinin nəticələri göstərib ki, kartofun başqa məhsulla əvəz olunması kalium (21%), B6 ​​(17%) və C vitaminləri (11%), həmçinin lif (10%) səviyyəsinin azalmasına səbəb olub. Odur ki, kartofdan imtinanın nəinki təsirsiz, həm də zərərli olduğu ortaya çıxıb.


Karbohidratlar həm kartofda, həm də taxılda olur, lakin onlar bir-birini əvəz etmir. Mütəxəssislərin fikrincə, qidaları “zərərli” və “sağlam”a bölmək mümkün deyil, balanslaşdırılmış və müxtəlif qidalar yemək daha vacibdir.

Tarix: 11-03-2024, 18:41
Baxış sayı: 199







TAM XƏBƏR
Bütün
Xəbərlər
Müsahibə
Foto
Sorğu
Günün fotosu

Ağadadaş Ağayevin keçmiş gəlini dələduzluq edir? - FOTOLAR

Son xəbərlər