“Ölkədə tıxac və digər nəqliyyat infrastrukturu problemlərinin həlli üçün diaqnostika aparılıb. Bununla bağlı ölkəyə beynəlxalq mütəxəssislər də dəvət edilib”.
APA xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən ictimai dinləmədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.
Nazir müavini bildirib ki, ötən ildən problemin həlli üçün addımlar atılmağa başlayıb.
Rəhman Hümmətov bildirib ki, taksilərlə bağlı problemlərin həlli üçün yaxın günlərində yeni qərar qəbul olunacaq:
“Əvvəllər aidiyyəti qurumlarla birlikdə hər hansı qərarın razılaşdırılmasına aylar sərf edirdiksə, indi Şurada keçirilən 4 iclasda çox mühüm qərarların qəbuluna nail ola bilmişik. Son iclaslarımızdan birində avtobus şəbəkəsinin təsdiq edilməsi ilə bağlı qərarımız olub. Velosiped və skuter yolları ilə bağlı da yeni qərarımız olub”.
Ukrayna iki yerə BÖLÜNƏ BİLƏR: “Yaxın 20 gün ərzində...”
Dövlət başçılarına Şuşanın Baş planı barədə məlumat verildi
Azərbaycan XİN: "Fransa tərəfi üzr istəməlidir"
İlham Əliyev və Lukaşenko Şuşaya səfər ediblər