Azərbaycan və Ermənistan bu məsələdə razılığa gəldi - RƏSMİ
Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə növbəti görüşün keçirilməsinin tarixi və yerini işçi qaydada müəyyən etmək barədə razılığa gəlinib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin bu gün Azərbaycanla Ermənistan arasında sərhəddə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi altında sərhədlərin delimitasiyası üzrə komissiyaların yeddinci görüşü barədə yaydığı məlumatda qeyd olunub.
Bildirilib ki, tərəflər, həmçinin Komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamə layihəsinin razılaşdırmasını ən qısa zamanda başa çatdırmaq barədə sövdələşiblər.
Tarix: 7-03-2024, 22:45
Baxış sayı: 192
Digər xəbərlər
Ukrayna iki yerə BÖLÜNƏ BİLƏR: “Yaxın 20 gün ərzində...”
Dövlət başçılarına Şuşanın Baş planı barədə məlumat verildi
Azərbaycan XİN: "Fransa tərəfi üzr istəməlidir"
İlham Əliyev və Lukaşenko Şuşaya səfər ediblər