Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub.
Todaynews.az APA-ya istinadən xəbər verir ki, bu barədə İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Ciddədə keçirdiyi görüşün təfərrüatları barədə jurnalistlərə açıqlamasında bildirib.
İranlı nazir qeyd edib ki, görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirə aparılıb:
“Azərbaycanlı həmkarımla görüşdə Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirə apardıq. Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin İrana göndərilməsi ilə bağlı yaxın vaxtlarda tədbirlər görülməsi ilə əlaqədar razılıq əldə etdik”.
Ukrayna iki yerə BÖLÜNƏ BİLƏR: “Yaxın 20 gün ərzində...”
Dövlət başçılarına Şuşanın Baş planı barədə məlumat verildi
Azərbaycan XİN: "Fransa tərəfi üzr istəməlidir"
İlham Əliyev və Lukaşenko Şuşaya səfər ediblər