Aprel şəhidi Orxan Müstəcəbovun doğum günüdü


Kəşfiyyatçı şəhid gizirimiz Orxan Müstəcəbov 1993-cü ilin bu günündə - mart ayının 5-də Qobustan rayonunun Bədəlli kəndində anadan olub.


Əsgər Orxan Müstəcəbov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olub. Aprelin 5-i isə Qobustan rayonunun Yekəxana kəndində son mənzilə yola salınan Orxan Müstəcəbovun dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatılıb.


Dəfn mərasiminin sonunda yaylım atəşi açılıb və əsgər Müstəcəbov uğrunda şəhid olduğu torpağa tapşırılıb.


Orxan Müstəcəbov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.


ALLAH rəhmət eləsin!

 
Tarix: 5-03-2024, 10:33
Baxış sayı: 115







TAM XƏBƏR
Bütün
Xəbərlər
Müsahibə
Foto
Sorğu
Günün fotosu

Ağadadaş Ağayevin keçmiş gəlini dələduzluq edir? - FOTOLAR

Son xəbərlər