Ötən ay keçirilən prezident seçkilərindən sonra hökumətin yeni tərkibində yalnız iki məmur - Ədliyyə naziri və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri postlarıyla vidalaşmalı oldular.
QobustanXeber.az-ın əldə etdiyi məlumata görə, hakimiyyət komandasındakı dəyişiklik daha çox icra başçılarında olacaq. İqtidar təmsilçilərindən birinin Yeni Sabah-a verdiyi məlumata görə, vəzifədən gedəcək icra başçılarının siyahısı artıq hazırdı.
Mənbə qeyd edib ki, ilkin mərhələdə yaşı 70 və 70-dən yuxarı olan icra başçılarının vəzifədən azad edilməsi nəzərdə tutulur: Yaxın vaxtlarda bir neçə icra başçısı, o cümlədən də 13 ildi Qobustan rayonunu viran qoyan 72 yaşlı Adil Məmmədov da yola salınacaq.
Qeyd edək ki, rayon üçün heç bir iş görməyən Adil Məmmədov 26 aprel 2011-ci ildən Qobustan rayon icra hakimiyyətinin başçısıdı.
Ukrayna iki yerə BÖLÜNƏ BİLƏR: “Yaxın 20 gün ərzində...”
Dövlət başçılarına Şuşanın Baş planı barədə məlumat verildi
Azərbaycan XİN: "Fransa tərəfi üzr istəməlidir"
İlham Əliyev və Lukaşenko Şuşaya səfər ediblər