Aleksey Navalnının dəfn yeri və tarixi bəlli oldu - FOTO

Həbsxanada ölən rusiyalı müxalifətçi Aleksey Navalnı martın 1-də dəfn olunacaq.


Bu barədə siyasətçinin mətbuat katibi Kira Yarmış özünün “X” hesabında yazıb.


Bildirilir ki, dəfn mərasimi Borisov qəbiristanlığında keçiriləcək.


 

Xatırladaq ki, fevralın 16-da Rusiyanın Yamalo-Nenetsk Muxtar Dairəsi üzrə Federal Penitensiar Xidməti Navalnının 3 saylı cəzaçəkmə koloniyasında ölməsi barədə məlumat yayıb. Məlumata görə, o, gəzintidən sonra özünü pis hiss edib və huşunu itirib, gələn həkimlər reanimasiya tədbirlərindən sonra onun öldüyünü müəyyən ediblər. 

Tarix: 28-02-2024, 14:24
Baxış sayı: 74







TAM XƏBƏR
Bütün
Xəbərlər
Müsahibə
Foto
Sorğu
Günün fotosu

Abşeronda Zərifə Əliyevanın 101 illiyi qeyd edilib - FOTOLAR

Son xəbərlər