Xocalı faciəsinin ildönümü respublikamızın hər yerində olduğu kimi Qobustan rayonunda da geniş şəkildə qeyd olunub.
Tədbirdə RİH başçısı, hüquq mühafizə orqanlarının rəhbərləri, rayonda yaşayan Xocalı sakinləri, Vətən müharibəsi şəhid ailələri, müharibə veteranları iştirak edib.
Qobustan RİH başçısı Adil Məmmədov Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsi, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklər və Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimayiyyətinin nəzərinə çatdırılması üçün görülməsi vacib olan işlər barədə ətraflı məlumat verib.
Eyni zamanda qeyd olunub ki, Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış 44 günlük müqəddəs savaş dövlətimizin və xalqımızın iftixar ünvanına çevrilib: “Vətən müharibəsində torpaqlarımız otuz illik işğaldan azad olundu, ölkəmiz ərazi bütövlüyünü bərpa edib, Azərbaycan xalqı öz varlığını, milli məsələlərdəki həmrəyliyini, xalqımızın parlaq gələcəyini bütün dünyaya nümayiş etdirib. Çox böyük qürur hissi keçiririk ki, əzəli, qədim Azərbaycan torpaqlarına, Qarabağa qayıtdıq”.
Ukrayna iki yerə BÖLÜNƏ BİLƏR: “Yaxın 20 gün ərzində...”
Dövlət başçılarına Şuşanın Baş planı barədə məlumat verildi
Azərbaycan XİN: "Fransa tərəfi üzr istəməlidir"
İlham Əliyev və Lukaşenko Şuşaya səfər ediblər