Bayden Putini təhqir etdi: "dəli it oğlu"



ABŞ Prezidenti Co Bayden Rusiya lideri Vladimir Putini təhqir edib


"RİA Novosti” xəbər verir ki, Bayden Rusiya liderinə qarşı “dəli it oğlu” ifadəsini işlədib. Amerika prezidenti bunu dünən seçki kampaniyası çərçivəsində çıxışı zamanı nüvə təhlükəsi barədə danışarkən deyib.

“Putin və digərləri kimi dəli it uşaqlarımız var və biz həmişə nüvə münaqişəsi barədə narahat olmalı oluruq. Lakin bəşəriyyət üçün ekzistensial təhlükə iqlimdir”, - deyə ABŞ lideri qeyd edib. 



Qeyd edək ki, Bayden bundan əvvəl də Putin barəsində qalmaqallı açıqlamalar verib. Belə ki, Ukraynada müharibə başlayandan sonra o, rusiyalı həmkarını “qatil”, “diktator”, “qəssab”, “hərbi cinayətkar” adlandırıb.

Tarix: 22-02-2024, 14:03
Baxış sayı: 79







TAM XƏBƏR
Bütün
Xəbərlər
Müsahibə
Foto
Sorğu
Günün fotosu

Abşeronda Zərifə Əliyevanın 101 illiyi qeyd edilib - FOTOLAR

Son xəbərlər