Bahalı qəbirlər tarixə qovuşur, qəbir yeri alınması da yığışdırılır - VİDEO



Rəhmətə gedən yaxınlarına bəzən külli miqdarda pul xərcləyib məzar daşı qoyurlar. Hətta büstlər ya da heykəllər. Bu barədə çox deyib, çox danışmışıq. 


Qəbirlərə minlərlə manat pul ödənilir. 200-300 manatdan, bir neçə min manata qədər. Hətta bir evin qiymətinə olan qəbirlər və qəbir yerləri olur. Qəbirlər üçün Hindistan, İtaliya, Ukrayna və Çindən bahalı daşlar da gətirilir. Qiyməti də məhz gətirildiyi ölkəyə görə müəyyən edilir. Ən bahalı daşlar Ukraynadan gətirilənlər sayılır.


İlbəil zövqlər dəyişildiyi kimi, maraqlıdı ki, qəbir daşlarının dəbi də dəyişir. Bu işlə məşğul olanlar deyir ki, əvvəllər böyük ölçülü daşlara üstünlük verilirdisə, indi belə deyil. Üstəlik qara mərmərdən xeyli ucuz olan adi ağ daşlara da təlabat artıb.


Lakin hər şeyin "ölçüsünü" bilən, suyu vedrə ilə ölçən Milli Məclisin Regional Məsələlər Komitəsinin sədri Siyavuş Novruzov qəbirlərə də bir ölçü tapıb. O,  “Xəzər Xəbər”ə müsahibəsində deyib ki, kimliyindən asılı olmayaraq hər kəsin qəbri eyni formada və vahid qiymətdə olmalıdı. İnsafən kişi düz deyir.


Millət vəkilinin sözlərinə görə, parlamentdə qəbirlərin vahid qiymətlərinin olması mövzusu müzakirə olunur. Bununla bağlı qanunvericiliyə dəyişiklik edilməsi təklif olunacaq.


Siyavuş Novruzov həmçinin vətəndaşların tez-tez bələdiyyələrdən torpaq almaqla bağlı narazılıq məsələsinə də aydınlıq gətirib.


Millət vəkili dotasiya və subvensiyaları bəzən eyni bələdiyyələrin aldığını, bunun da ciddi problem olduğunu deyib. Qeyd edib ki, hansı bələdiyyənin layihəsi maraqlıdırsa, ona dotasiya vermək lazımdır.


Ətraflı süjetdə:


TodayNews

Tarix: 20-02-2024, 23:50
Baxış sayı: 132







TAM XƏBƏR
Bütün
Xəbərlər
Müsahibə
Foto
Sorğu
Günün fotosu

Ağadadaş Ağayevin keçmiş gəlini dələduzluq edir? - FOTOLAR

Son xəbərlər