Prezident İlham Əliyevin Ankaraya səfər edərək türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla müzakirələr aparmasının ikitərəfli və regional əlaqələr kontekstində əhəmiyyəti böyükdür.
Çünki Əliyevin növbəti dəfə prezident seçildikdən sonra ilk rəsmi səfərini Türkiyəyə etməsi regionda Bakı-Ankara müttəfiqliyinin işığında görünən yeni mənzərələr fonunda diqqətəlayiqdir.
Əliyev-Ərdoğan müzakirələrinin geniş spektri:
- Regional və qlobal şoklara qarşı müştərək müdafiə immunitetinin gücləndirilməsinə;
- Gələcəkdə Bakı ilə Ankaranın strateji portfelinin təhsil üzərindən ortaya çıxara biləcəyi yeni imkanlara çıxış əldə etməsinə (Türkiyə-Azərbaycan Universiteti);
- Ticarət dövriyyəsinin həcminin 15 milyard dollara çatdırılmasını hədəfləməklə iqtisadi-ticari arteriyalarda iki ölkənin mövqelərinin möhkəmlənməsinə;
- Hərbi sahədə dərinləşən əməkdaşlığın yeni reallıqlardakı nəzərəçarpacaq nəticələrinə;
- Azərbaycanla Türkiyənin Avrasiya materikində, o cümlədən Cənubi Qafqaz və Yaxın Şərqdəki oynayacağı perspektiv rollara;
- Türk Dövlətləri Təşkilatının qlobal səhnənin dərin qatlarında ardıcıl və effektiv iştirakına dair düsturların masaya qoyulduğunu göstərir.
Türkiyə ilə Azərbaycanın ortaq strateji baxışı əsasında yaradılan konsepsiya müttəfiqlik əlaqələrinin təkmilləşdirilməsi və Cənubi Qafqazda iki ölkənin iştirakı əsasında çəkindirmə aktlarını müəyyən edir.
Bu amillər Bakı-Ankara trafikində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına maneçilik, regionun təhlükəsizliyinin qaraldılması cəhdlərinə qarşı tutarlı platformadır.
Əliyevin səfəri, eyni zamanda, qlobal təhlükəsizlik arxitekturasındakı qeyri-müəyyənlik və sürətli geosiyasi dəyişikliklər dövründəki proseslərə Azərbaycanla Türkiyənin hazırlıq mərhələsini vurğulayır.
Ərdoğanla Əliyevin mətbuata birgə bəyanatlarında həmin istiqamətlərin nəzərə çarpdığını görmək elə də çətin olmamalıdır.
Belə ki:
- Ərdoğan bir daha regionda Azərbaycanla Türkiyənin maraqları üçün tənliklər yaradıb, onlar üçün mənfi nəticələr yaratmaq istəyən oyunçulara qarşı xəbərdarlıq ritorikasını nümayiş etdirdi. Bu, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesində Ankaranın Bakının şərt və diktələrinin irəliləməsinə nail olmaq imkanlarını artırır;
- Əliyev bəyanatında Türkiyənin Azərbaycana dəstəkləri barədə xatırlatmalar edərək Bakıya qarşı növbəti mümkün təzyiq aparatlarına qarşı Ankaranın həlledici roluna işarə etdi.
İkitərəfli strategiya Azərbaycan-Türkiyə müttəfiqliyinin regionun təhlükəsizliyinə davamlı yanaşma ilə bağlı prioritetlərinin aydın ifadəsidir.
Proqnozlaşdırmaq olar ki, Əliyev-Ərdoğan görüşündən sonra Azərbaycanla Türkiyə:
- İkitərəfli hərbi əməkdaşlıqda növbəti səhifəni vərəqləyəcəklər. Əliyevin Qarabağda keçirilmiş antiterror tədbirlərinin nəticələrindən danışarkən “Türkiyənin ordu modeli Azərbaycanda artıq tam oturuşub” deməsi həmin meyarın perspektivini açır;
- Əlaqələrin dinamikası təhsil üzərindən qarşılıqlı inteqrasiyanın sıxlaşdırılması, ideoloji əsaslı qavrayışların yad və radikal düşüncələrə qarşı təsir dairəsini müəyyən edəcək;
- TDT-nin güclü bir alyansa çevrilməsi istiqamətində müzakirələrini intensivləşdirəcək.
Aqşin Kərimov
Ukrayna iki yerə BÖLÜNƏ BİLƏR: “Yaxın 20 gün ərzində...”
Dövlət başçılarına Şuşanın Baş planı barədə məlumat verildi
Azərbaycan XİN: "Fransa tərəfi üzr istəməlidir"
İlham Əliyev və Lukaşenko Şuşaya səfər ediblər