Virusoloq: Gürcüstanda qrip virusuna yoluxma halları artacaq

 Gürcüstanda qrip virusuna yoluxma halları artacaq, lakin 2023-cü ildə olduğu kimi kəskin xəstəliklərin sayı az olacaq.

Todaynews.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında İaşvili adına Tbilisi Mərkəzi Uşaq Xəstəxanasının tibbi direktoru İvan Çxaidze söyləyib.

Onun sözlərin görə, Gürcüstanda əsasən H1N1 və H1N3 viruslarına rast gəlinir ki, bu viruslar yüksək hərarət, baş, oynaq, əzələ ağrıları, halsızlıq kimi əlamətlərlə səciyyələnir. O, xəstəlik zamanı bədən istiliyinə nəzarət etməyi, çoxlu maye içməyi və ağır fəsadlar yarandıqda həkimə müraciət etməyi tövsiyə edib.

“Yanvarın ilk həftəsində bütün dünyada olduğu kimi, Gürcüstanda da virus xəstəliklərinə yoluxma halları artıb. Qrip dominant virusa çevrilib. Keçən il dekabrın əvvəlində qripə yoluxma halları 16 faiz təşkil edirdisə, hazırda bu rəqəm 26 faizə çatıb” - deyə, İ.Çxaidze vurğulayıb.

Tarix: 6-01-2024, 18:22
Baxış sayı: 29







TAM XƏBƏR
Bütün
Xəbərlər
Müsahibə
Foto
Sorğu
Günün fotosu

Ağadadaş Ağayevin keçmiş gəlini dələduzluq edir? - FOTOLAR

Son xəbərlər