Bu gündən etibarən dörd bölgəmizdə "Açıq mikrofon"aksiyasını təşkil olunacaq. Bu barədə QobustanXeber.az-a "Azəriqaz" İB-dən məlumat verilib.
Belə ki, bu gün aksiya Ağsu rayonu, Pirhəsənli kəndində, kənd orta məktəbinin qarşısında təşkil ediləcək.
"Açıq mikrofon"aksiyası sabah - fevral ayının 20-də Qobustan rayonu Yeni Yaşayış Massivində, idman kompleksin qarşısında həyata keçiriləcək. Azəriqazla bağlı problemi olan vətəndaşlar saat 11:00-12:00 arası qeyd olunmuş ünvana gələrək problemlərini səyyar qəbulda səsləndirə bilərlər.
Eyni zamanda, növbəti “Açıq mikrofon” 22 və 23 fevral tarixlərində saat 11:00-dan 12:00-dək İsmayıllı rayon Ruşan kəndində və Ucar rayon Lək kəndində icra nümayəndəliklərinin qarşısında keçiriləcək.
Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.
Ukrayna iki yerə BÖLÜNƏ BİLƏR: “Yaxın 20 gün ərzində...”
Dövlət başçılarına Şuşanın Baş planı barədə məlumat verildi
Azərbaycan XİN: "Fransa tərəfi üzr istəməlidir"
İlham Əliyev və Lukaşenko Şuşaya səfər ediblər