Kosmik teleskop yeni kainat aşkarladı - FOTO
Son illərin yüksək texnologiyaları yeni qalaktikalar aşkar etməyə imkan verir.
Bu işdə alimlərə Ceyms Vebb kosmik teleskopu kömək edir.
Bu günlərdə elm adamları Böyük Partlayışdan 400 milyon il sonra əmələ gələn son dərəcə nəhəng qalaktika kəşf ediblər.
O 1,75 milyard il məsafədə yerləşir. Yerüstü teleskoplar obyekti daha əvvəl aşkar edib, lakin onlar Yerdən aparılan spektral müşahidələrlə bu obyektin həqiqi məsafəsini və onun ulduz populyasiyasının tərkibini təsdiq edə bilməyiblər. Bu, yalnız Ceyms Vebb sayəsində 7 illik araşdırmalardan sonra mümkün olub.
Obyektə ZF-UDS-7329 qalaktikası adı verilib.
Tarix: 18-02-2024, 11:40
Baxış sayı: 150
Digər xəbərlər
Ukrayna iki yerə BÖLÜNƏ BİLƏR: “Yaxın 20 gün ərzində...”
Dövlət başçılarına Şuşanın Baş planı barədə məlumat verildi
Azərbaycan XİN: "Fransa tərəfi üzr istəməlidir"
İlham Əliyev və Lukaşenko Şuşaya səfər ediblər