Əhməd Mustafayevdən yeni mahnı və klip: NƏ MƏNASI?


TodayNews-un məlumatına görə, populyar müğənni Əhməd Mustafayev sevənlərinə növbəti mahnı və klipini təqdim edib.


Son illər estradamızın ən parlaq ifaçılarından olan Əhməd, digər şou-biznes nümayəndlərindən fərqli olaraq yeni-yeni mahnılar çıxarır, kliplər çəkdirir. Dayanmadan üzərində çalışan ifaçı, eyni zamanda mahnılarının bir çoxunun söz və musiqisinin müəllifidir.


Yazdığı və oxuduğu ifalarının əksəriyyəti hit olan istedadlı sənətçi eyni zamanda şou-biznesdə digər ifaçılar üçün də mahnılar bəstələyir.


Çalışqanlığı ilə digər sənətçilərə nümunə olan Əhməd Mustafayev demək olar ki, hər ay yeni bir mahnı və ya klip təqdim edir. 


Keyfiyyətli işləri ilə seçilən ifaçı bu dəfə sözləri Rafoya (Rəfael Şabanov), musiqi və aranjimanı isə son illər hitləri ilə tanınan Fərid Ağaya məxsus "Nə mənası?" adlı mahnı və klipi ilə fanatlarını sevindirib.


Həmişəki kimi zövqlü kliplər çəkdirən ifaçı bu dəfə də ənənəsinə sadiq qalaraq "Nasibli Media"ya çəkilişi həvalə edib. Tanınmış klipmeyker Ramal Nəsiblinin rejissorluğu ilə çəkilmiş sözügedən zövq oxşayan klipi sizə təqdim edirik:  


TodayNews

Tarix: 18-02-2024, 00:12
Baxış sayı: 175







TAM XƏBƏR
Bütün
Xəbərlər
Müsahibə
Foto
Sorğu
Günün fotosu

Abşeronda Zərifə Əliyevanın 101 illiyi qeyd edilib - FOTOLAR

Son xəbərlər