Elçinlə Aydan Rüstəmxanlı boşandı?



Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili və Xalq şairi Sabir Rüstəmxanlının qızının boşandığı ilə bağlı xəbərlər yayılıb. Məlumatlara görə, millət vəkilinin qızı Aydan Cəfərova-Rüstəmxanlı müğənni Elçin Cəfərovla aralarında olan rəsmi nikahın pozulması məqsədilə Yasamal Rayon Məhkəməsinə müraciət edib.



Hakim Ayaz Məmmədovun sədrliyi ilə keçirilən bir-neçə məhkəmə prosesindən sonra fevralın 14-də qərar qəbul edildiyi bildirilib. Məhkəmənin qərarı ilə, Aydan Cəfərova-Rüstəmxanlı ilə Elçin Cəfərov arasındakı rəsmi nikahın ləğv edildiyi iddia olunur. 



Məsələ ilə bağlı Bizim.Media-nın əməkdaşı Elçin Cəfərovla əlaqə saxlayıb. 



Sənətçi “Bu, yanlış informasiyadır. Biz boşanmamışıq. Yayılan xəbərlərlə bağlı araşdırma aparacağam. Hazırda bu işlə məşğulam” , - deyə fikrini bildirib. 



Qeyd edək ki, Elçin və Aydan cütlüyü 2016-cı ilin aprelində ailə qurub. Onların birgə nikahdan Can adlı bir oğlu var.

Tarix: 16-02-2024, 21:04
Baxış sayı: 119







TAM XƏBƏR
Bütün
Xəbərlər
Müsahibə
Foto
Sorğu
Günün fotosu

Abşeronda Zərifə Əliyevanın 101 illiyi qeyd edilib - FOTOLAR

Son xəbərlər