Ekspert qiymət artımı barədə: “İnflyasiya aşağı olduğu halda xidmətlər necə bahalaşıb?”

 

“Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin yanvar ayında qiymətlər 2023-cü ilin eyni ayına nisbətən 1,7 faiz artıb”.


Bunu deputat Vüqar Bayramov sosial şəbəkə hesabında qeyd edib.



Deputat bildirib ki, inflyasiya səviyyəsi qida məhsulları, içkilər və tütün məmulatları üzrə 0,7 faiz, qeyri-qida məhsulları üzrə 1,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə isə 3,2 faiz olub:

“İnflyasiya meyillərinin səngiməsi daha çox idxal olunan məhsullarda inflyasiya dərəcəsinin düşməsi ilə bağlıdır. Belə ki, inflyasiyanın strukturunda idxal olunan məhsulların qiyməti xüsusi çəkiyə malik olduğundan regional bazardakı dəyişikliklər qiymət indeksinə təsirsiz ötüşmür. Bütövlükdə, inkişaf etmiş dövlətlərdə və eləcə də əksər region ölkələrində inflyasiya meyillərinin səngiməsi müşahidə olunur”.


Onun sözlərinə görə, ötən ay üzrə inflyasiyanın strukturunda diqqəti çəkən əsas məqam xidmətlərin qiymətindəki artımın ümumi istehlak qiymətləri indeksini, təxminən, iki dəfə bənd üstələməsidir:

“Rəsmi inflyasiya səviyyəsi 1,7 faiz olduğu halda xidmətlərdə qiymətlər 3,2 faiz yüksəlib. Bunun əsas səbəbi bir sıra xidmətlər üzrə yanvardan reallaşan artımlar olsa da, ödənişli xidmətlərin qiymətinin monitorinq edilməsi olduqca vacibdir. Çünki ötən ay xidmətlərin qiyməti hətta qida məhsullarının xərcindən də sürətlə artıb. Buna görə də bu artımların real əsaslarının olub-olmamasının araşdırılmasına ehtiyac var”.

Tarix: 15-02-2024, 12:27
Baxış sayı: 78







TAM XƏBƏR
Bütün
Xəbərlər
Müsahibə
Foto
Sorğu
Günün fotosu

Abşeronda Zərifə Əliyevanın 101 illiyi qeyd edilib - FOTOLAR

Son xəbərlər