1 reklamdan 3 min manat qazanan blogerlər NİYƏ VERGİ ÖDƏMİRLƏR?


Blogerlik fəaliyyəti dünyanın çox yerində asan və əsas qazanc mənbəyi kimi populyarlaşıb. Videokontentlərdə məşhurlaşan şəxslər primitiv, mənasız paylaşımlarla da özlərinə abunə yığırlar. Çünki hazırda ən baxılan səhifələrin sahibləri öz gündəlik həyatlarına aid dəxlisiz videolar bölüşməklə pul qazanırlar.


Dünya təcrübəsində blogerlik edənlərin maddi qazancı və reklam gəlirləri vergiyə cəlb olunur. Məsələn Türkiyədə blogerlərin dövlət tərəfindən idarə olunan bank hesabları olmalıdır. Azərbaycanda sosial platformalarda məşhurlaşan və blogerlik edənlərin sayı gün-gündən artır. O ki qaldı azərbaycanlı blogerlərin nə qədər qazandığına... Keçək əsas məsələyə. Ölkədə bu sahədən gəlir əldə edənlər vergi ödəməlidirmi? Bəs, kimin nə qədər gəlir əldə etdiyini necə müəyyən etmək olar?


Dövlət vergi xidmətinin əməkdaşı Günel Bəhramqızının sözlərinə görə, fiziki şəxslərin sosial şəbəkələrdən pul qazanması sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir hesab olunur. Bununla yanaşı, vergi öhdəliyinin dəqiq müəyyənləşdirilməsi baxımından işin faktiki halları və məsələnin mahiyəti aydınlaşdırılmalıdır.


APA TV-nin hazırladığı videosujeti diqqətinizə çatdırırıq:


Tarix: 14-02-2024, 20:14
Baxış sayı: 120







TAM XƏBƏR
Bütün
Xəbərlər
Müsahibə
Foto
Sorğu
Günün fotosu

Ağadadaş Ağayevin keçmiş gəlini dələduzluq edir? - FOTOLAR

Son xəbərlər