“Travellnes” araşdırma portalı turist cəlbediciliyi və digər amilləri nəzərə alaraq dünyanın ən yaxşı şəhərlərinin illik reytinqini dərc edib.
Xarici turistlərin ən çox ziyarət etdiyi TOP 10-luğa Türkiyə iki şəhərlə, liderlik edir. Bu siyahıdakı şəhərlər, həm də Avropanın ən cazibədar şəhərləri adlandırılır.
Araşdırmaya görə, pandemiyadan öncə 2019-cu ildə turistlərin ən çox ziyarət etdiyi 10 şəhərin hamısı 2023-cü ildə yenidən ilk sıralamada yer alıb.
Banqok: 22,78
Paris: 19,10
London: 19,09
Antalya: 16,5
Dubay: 15,93
Sinqapur: 14,67
Kuala-Lumpur: 13,79
Nyu-York: 13,60
Tokio: 12,93
Qeyd edək ki, beynəlxalq səfərlərin sayında ən böyük artım Banqokda (2022-ci ilə qədər +2495%) qeydə alınıb. Şəhər 2022-ci ilin sonunda pandemiya məhdudiyyətlərini yüngülləşdirən son əsas yerlərdən biri idi. 2023-cü ilin əvvəlində Çin arasındakı sərhəd keçidləri yenidən açılıb və metropolisə böyük bir turist axını başlayıb.
2023-cü ildə Banqkok beynəlxalq səyahətlər üçün ən sürətli böyüyən şəhər olub (+142%). Bu sıçrayış həm də Covid məhdudiyyətlərinin qaldırılması, Çinli turistlərin aktivliyi və geri qayıtması ilə əlaqədardır.
Dubay 2019-cu illə müqayisədə, turist axınını üstələyə bilmiş şəhərlərdən biridir. Əmirliyə gələnlərin sayı 18% artıb. Yekun proqnoza görə, 2024-cü ilin ilk yarısında Dubaya artıq 16,8 milyon turist gəlmiş olacaq.
İstanbul 2023-cü ildə xarici turistlərin qəbuluna görə lider olub: proqnozlara görə, Türkiyə metropolu 2024-cü ilin sonuna qədər 20 milyondan çox xarici turist ziyarət edəcək (2022-ci ilə qədər +26%). Gələn turist axını baxımından İstanbul inamla London (18,8 milyon turist, + 17%) və Dubayı (16,8 milyon turist) da geridə qoymağı bacaracaq.
Siyahıya həmçinin 2022-ci ildə Parisi ziyarət edənlərdən (15,5 milyon, + 4%) daha çox turist qəbul edən Antalya da (16,5 milyon, +29%) daxildir.
Ukrayna iki yerə BÖLÜNƏ BİLƏR: “Yaxın 20 gün ərzində...”
Dövlət başçılarına Şuşanın Baş planı barədə məlumat verildi
Azərbaycan XİN: "Fransa tərəfi üzr istəməlidir"
İlham Əliyev və Lukaşenko Şuşaya səfər ediblər