Qobustan səhiyyəsinə AĞIR İTGİ!


Qobustan səhiyyəsinə ağır itgi üz verib. 



QobustanXeber.az xəbər verir ki, Qobustan rayon Mərkəzi Xəstəxanasının Təklə Kənd ASM-in bölmə müdiri vəzifəsində çalışan Hümbətov Mənsur İslam oğlu dünyasını dəyişib.


1954-cü ildə Qərbi Azərbaycanın Vardenis rayonunun Aşağı Borça kəndində anadan olan Mənsur Hümbətov 1972-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna qəbul olur. 1978-ci ildə həmin institutun "müalicə işi" fakültəsini, 1978-79-cu illərdə Bakı şəhər 13 nömrəli tibbi sanitar hissədə internaturanı bitirib.


Əmək fəaliyyətinə 1979-cu ildə Xankəndi şəhərində başlayan gənc həkim 1983-cü ilə qədər orada TTTY şöbəsində həkim vəzifəsində çalışıb.


Daha sonralar isə Bakı şəhər 4 nömrəli Tibbi Sanitar hissədə şöbə müdiri və Nərimanov rayon 18 saylı şəhər poliklinikasında baş həkimin ekspertiza üzrə müavini vəzifələrində çalışıb.


2023-cü ilin dekabr ayından etibarən Qobustan Rayon Mərkəzi Xəstəxanasının Təklə Kənd ASM-in bölmə müdiri vəzifəsində çalışan Hümbətov Mənsur İslam oğlu ötən gün əbədiyyətə qovuşub.


Allah rəhmət eləsin!



 

Tarix: 11-02-2024, 18:46
Baxış sayı: 115







TAM XƏBƏR
Bütün
Xəbərlər
Müsahibə
Foto
Sorğu
Günün fotosu

Ağadadaş Ağayevin keçmiş gəlini dələduzluq edir? - FOTOLAR

Son xəbərlər