Prezident seçkisinin nəticələri Konstitusiya Məhkəməsinə nə vaxt təqdim ediləcək?
Prezident seçkisinə yekun vurulması və nəticələrin təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim edilməsi prosesi fevralın 17-dək yekunlaşacaq.
APA-nın xəbərinə görə, Seçki Məcəlləsinə əsasən, Mərkəzi Seçki Komissiyası səsvermə günündən başlayaraq 10 gün müddətində prezident seçkisinə yekun vurulması və nəticələrin təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim edilməsini təmin etməlidir.
Növbədənkənar prezident seçkisi ilə əlaqədar bu müddət fevralın 17-dək olan dövrü əhatə edir.
Qeyd edək ki, fevralın 7-də keçirilən səsvermənin ilkin nəticələrə əsasən, İlham Əliyev 92,05% səslə liderdir.
TodayNews
Tarix: 8-02-2024, 10:06
Baxış sayı: 94
Digər xəbərlər
Ukrayna iki yerə BÖLÜNƏ BİLƏR: “Yaxın 20 gün ərzində...”
Dövlət başçılarına Şuşanın Baş planı barədə məlumat verildi
Azərbaycan XİN: "Fransa tərəfi üzr istəməlidir"
İlham Əliyev və Lukaşenko Şuşaya səfər ediblər