Əmək müqaviləsinə hansı hallarda xitam verilir və Əmək Məcəlləsinə əsasən hansı kateqoriyadan olan işçilərin əmək müqaviləsinə xitam verilə bilməz.
Konkret.az xəbər verir ki, mövzu ilə bağlı fikirlərini bölüşən ekspert Cəsur Fətəlizadə aşağıdakı şəxslərin əmək müqaviləsinin heç bir halda ləğv edilə bilməyəcəyini deyib:
“Hamilə qadınlar, 3 yaşına qədər uşağı olan qadınlar, 3 yaşına uşağı təkbaşına böyüdən kişilər, yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəbli yaşına qədər uşağı təkbaşına böyüdən işçilərin əmək müqaviləsinə xitam verilə bilməz”.
Cəsur Fətəlizadə əlavə edib ki, əmək qabiliyyətini müvəqqəti itirən (məsələn, qolu, qıçı sınmış və s.), o cümlədən, ailə üzvündən ömürlük əlil olan şəxslərin də əmək müqaviləsinə xitam verilə bilməz. Məsələn, işçinin qardaşının əqli çatışmazlığı varsa, bu şəxs sığortalanmış sayılır. Eləcə də şəkərli diabet xəstəsi də Məcəllənin bu üstünlüyündən istifadə edə bilər.
TodayNews.az
Ukrayna iki yerə BÖLÜNƏ BİLƏR: “Yaxın 20 gün ərzində...”
Dövlət başçılarına Şuşanın Baş planı barədə məlumat verildi
Azərbaycan XİN: "Fransa tərəfi üzr istəməlidir"
İlham Əliyev və Lukaşenko Şuşaya səfər ediblər