Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini, Vahid Rusiya Partiyasının sədri Dmitri Medvedev Moskvaya nə vaxt və kimin dəvəti ilə gəldiyini açıqlayıb.
Dmitri Medvedev Vladimir Putinin onu 1999-cu ildə Moskvaya dəvət etdiyini deyib. Beləcə Medvedyev Sankt-Peterburqdan Moskvaya köçüb:
“Vladimir Vladimiroviç Putindən 1999-cu ildə təklif gəldi. Mən təbii ki, bu halda elmi və pedaqoji karyeramın başa çatacağını anlayırdım. Sankt-Peterburqdan nə qədər müddətə getdiyimi bilmirdim. Bu, mənim üçün heç də asan seçim deyildi”.
Medvedev universiteti tərk etdiyinə görə çox kədərləndiyini deyib, lakin bu qərarın verilməsinin vacibliyini diqqətə çatdırıb:
“Hər dəfə universitetə gələndə ürəyimin sürətlə döyündüyünü və həyəcanlandığımı hiss edirəm. İstənilən halda bu dövr mənim üçün artıq geridə qalıb. Buna həm sevinir, həm də qismən təəssüflənirəm”.
TodayNews
Ukrayna iki yerə BÖLÜNƏ BİLƏR: “Yaxın 20 gün ərzində...”
Dövlət başçılarına Şuşanın Baş planı barədə məlumat verildi
Azərbaycan XİN: "Fransa tərəfi üzr istəməlidir"
İlham Əliyev və Lukaşenko Şuşaya səfər ediblər